Sabahın xeyir, Göygöl!
12 noyabr 2025 | 09:51
Şəhid Muradov Nadir Əhməd oğlu 18 noyabr 1996-cı ildə Göygöl rayonunun Gəncə kəndində anadan olmuşdur. 2002-ci ildə Göygöl rayon X.Muradov adına Gəncə kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2014-cü ilin yanvar ayından 2015-ci ilin iyul ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2018-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Nadir Muradov 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 12 yanvar 2021-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Şücaətə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.












