Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, Göygöl!

08 sentyabr 2025 | 09:26
Şəhid İsmayılov Ruslan Eyvaz oğlu 1 aprel 1986-cı ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1992-ci ildə Göygöl rayon E.Xanlarov adına Çaykənd kənd ümumi orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2001-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir.
2004-cü ilin apre ayından 2006-cı ilin aprel ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2016-cı ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Ruslan İsmayılov 27 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 2 dekabr 2020-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Evli idi, 2 övladı var.
Keçidlər