Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

07 iyul 2025 | 10:14
Şəhid Hüseyinov Elbrus Nadir oğlu 4 mart 1991-ci ildə Göygöl rayonunun Çaykənd kəndində anadan olmuşdur. 1998-ci ildə Göygöl rayon E.Xanlarov adına Çaykənd kənd ümumi orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2007-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmişdir. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2012-2015-ci illərdə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 2015-ci ildə həmin “N” saylı hərbi hissədə xidmətini dayandırmış və digər “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elbrus Hüseyinov 17 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 19 oktyabr 2020-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Evli idi, 2 övladı var.
Keçidlər