Şriftin ölçüsü :

Saytın rəngi :

RİH əməkdaşlarının rəqəmsal bilikləri artırılır

13 noyabr 2026 | 11:37
        Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.13-cü yarımbəndinin icrası ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimdə RİH-nin və İN-nin  əməkdaşları iştirak edib.
        İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təyin edilmiş təlimçi, kibertəhlükəsizlik mütəxəssisi Nadir Cabbarlı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən təşkil olunmuş təlimin əhəmiyyətini vurğulayaraq “Kibermaariflənmə və Süni intellekt bacarıqları” mövzusunda ətraflı məlumat verib. Təlim öncəsi və sonrası yazılı sorğu keçirilərək iştirakçıların məlumatlılıq səviyyəsi qiymətləndirilib.
        Təlim zamanı iştirakçılara kibertəhlükəsizlik sahəsində mövcud təhdidlər, şəxsi məlumatların qorunması, internetdən təhlükəsiz istifadə qaydaları, fişinq hücumları və kiberdələduzluq hallarından müdafiə üsulları barədə məlumat verilib. Eyni zamanda, süni intellekt texnologiyalarının gündəlik həyatda və iş prosesində tətbiqi, bu texnologiyalardan düzgün, səmərəli və məsuliyyətli istifadə imkanları diqqətə çatdırılıb.
        İnteraktiv müzakirələr və praktiki nümunələr əsasında davam edən təlim iştirakçıların rəqəmsal bilik və bacarıqlarının artırılması, kibertəhlükələrə qarşı məlumatlılığının gücləndirilməsi baxımından faydalı olub.
Keçidlər