RİH başçısı Qarabulaq, Quşçu və Sarısu kənd sakinləri ilə görüşüb
02 noyabr 2026 | 19:32
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Qarabulaq, Quşçu və Sarısu kənd sakinləri ilə görüşüb.
Görüşdə həlli mümkün olan məsələlər öz həllini tapıb, qaz xəttinin çəkilməsi, içməli suya olan tələbatın yaxşılaşdırılması, kənddaxili yolların təmiri, köhnə elektrik dirəklərinin və naqillərinin yenilənməsi, yol nişanlarının quraşdırılması və nizamlayıcı xətlərin çəkilməsi, həmçinin məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri nəzarətə götürülərək aidiyyəti xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr bildirilib.
Sakinlər görüşlərin keçirilməsinə, göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.












