Şriftin ölçüsü :

Saytın rəngi :

Rəssam emalatxanasına baxış keçirilib

24 avqust 2026 | 17:09
        Göygöl Rayon İcra Hakimiyyətinin başçısı gənc rəssam Sabrina Mürsəqulovanın emalatxanasında olub nümayiş edilən rəsm əsərləri və əl işləri ilə tanış olub.
        Görüş zamanı gənc rəssam yaradıcılıq fəaliyyəti, ərsəyə gətirdiyi əsərlər və gələcək planları barədə məlumat verib. Rayon rəhbəri nümayiş olunan əl işlərini yüksək qiymətləndirərək, gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və onların yaradıcılıq təşəbbüslərinin dəstəklənməsinin gələcək uğurların əsas amillərindən biri olduğunu bildirib.
        Gənc rəssam ona göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirərək, gələcəkdə də yaradıcılıq fəaliyyətini daha əzmlə davam etdirəcəyini qeyd edib.
Keçidlər