Rəqəmsal təhlükəsizlik mövzusunda maarifləndirici görüş
18 may 2026 | 12:27
“Rəqəmsal təhlükəsizlik onlayn mühitdə özünü qoruma bacarığıdır” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbirdə RİH-nin və RPŞ-nin məsul əməkdaşları, kənd icra nümayəndəsi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda internet və sosial şəbəkələrin informasiya mübadiləsindəki rolu, eləcə də rəqəmsal mühitdə yarana biləcək təhlükələr barədə məlumat verilib. Şagirdlərə kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması və onlayn etik davranış qaydaları izah olunub, valideynlərə isə övladlarının internetdən istifadəsinə nəzarətin vacibliyi diqqətə çatdırılıb.
Sonda maarifləndirici videoçarx nümayiş etdirilib.












