Rayonun Dozular kəndində səyyar görüş keçirilib
26 noyabr 2025 | 13:25
Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul qrafikinə uyğun olaraq Dozular kənd sakinləri ilə görüşüb. Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Qəbula gələn sakinlərin müraciətlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürülüb.
Sakinlər müraciətlərinin həssaslıqla və operativ qaydada həll olunduğuna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.












