Rayon ziyalısı ilə görüş
05 mart 2026 | 17:44
Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Bir elin manifesti” adlı hekayə müsabiqəsinin qaliblərindən biri olan Göygöl ziyalısı Salman (Qaralar) Balakişiyevlə Rayon İcra Hakimiyyətinin başçısı görüşüb.
Görüşdə Möhtərəm Prezidentimizin başçılığı ilə Qəhrəman Ordumuzun göstərdiyi igidlikdən, torpaqlarımızın azad olunmasından, Qərbi Azərbaycana qayıdış konsepsiyasından, İcmanın təşkilatçılığı ilə həyata keçirilən layihələrdən danışılıb.
Müəllif həmçinin digər əsəri olan “Adım Ələsgərdi” kitabını da təqdim etmişdir.












