Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri sakinlərin müraciətlərini dinləyib

23 noyabr 2026 | 17:26
        Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Aşağı Zurnabad qəsəbəsi, Gəncə, Şəhriyar və Kərəmli kəndlərinin sakinləri ilə görüş keçirib.
        Rayon rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi görüşlərin keçirilməsi vətəndaş məmnunluğunun artırılması, onların müraciət və təkliflərinin dinlənilməsi, eləcə də mövcud problemlərin operativ həll edilməsi istiqamətində həyata keçirilən işlərin mühüm tərkib hissəsidir.
        Görüş zamanı bir sıra məsələlər yerindəcə həllini tapıb. İçməli su təchizatının yaxşılaşdırılması, kənddaxili avtomobil yollarının təmiri, elektrik dirəklərinin yenisi ilə əvəz olunması, qaz xəttinin çəkilməsi, avtobus marşrutunun təşkili və digər aidiyyəti məsələlər nəzarətə götürülüb. Bu istiqamətlər üzrə müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
        Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər