Rayon rəhbəri qəsəbə və kənd sakinləri ilə görüşüb
18 noyabr 2026 | 17:51
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Hacıməlik qəsəbə, Mollacəlilli, Çaylı, Pənahlılar və Dozular kəndlərində sakinlərlə görüşüb. Görüşdən əvvəl şəhidlərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirələri ehtiramla anılıb.
Görüşlərin keçirilməsi vətəndaş məmnunluğunun təmin olunması, sakinlərin müraciət və təkliflərinin dinlənilməsi, mövcud problemlərin operativ həlli istiqamətində görülən işlərin mühüm tərkib hissəsidir.
Keçirilən görüşlərdə bir sıra məsələlər yerində öz həlini tapmış, içməli su təminatının yaxşılaşdırılması, avtomobil yollarının təmiri, bankomatın quraşdırılması, Dozular kəndinin qazlaşdırılması və digər məsələlər nəzarətə götürülərək aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.












