Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri kənd sakinləri ilə görüşüb

27 noyabr 2026 | 17:38
        Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Yalqışlaq, Danayeri və Damcılı kənd sakinlərinin müraciətlərini dinləyib.
        Görüşlərin keçirilməsi vətəndaş məmnunluğunun təmin olunması, sakinlərin müraciət və təkliflərinin dinlənilməsi, mövcud problemlərin operativ həlli istiqamətində görülən işlərin mühüm tərkib hissəsidir.
        Keçirilən görüşdə bir sıra məsələlər yerində öz həlini tapmış, digər məsələlər nəzarətə götürülərək aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
        Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Keçidlər