Rayon İcra Hakimiyyətinin kollektivi ilə görüş
26 noyabr 2026 | 13:33
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev Göygöl Rayon İcra Hakimiyyətinin kollektivi ilə görüşüb.
Görüş zamanı verilən müvafiq tapşırıq və tövsiyələrin vaxtında, keyfiyyətlə icra edilməsinin, həmçinin sakinlərin müraciətlərinə həssaslıqla yanaşılmasının, vətəndaş məmnunluğunun vacibliyi vurğulanıb.
Rayon İcra Hakimiyyətinin fəaliyyəti və görülən işlər barədə məlumat verilib, kollektivin fəaliyyəti yüksək qiymətləndirilib, gələcək işlərində uğurlar arzulanıb.












