Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Qarabağ Müharibəsi qaziləri ilə görüş keçirib

19 noyabr 2025 | 15:58
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə qazilərlə görüş keçirib.
Tədbirdə çıxış edən RİH başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev şəhid ailələrinə, qazilərə göstərdiyi xüsusi diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə qazilərin sosial müdafiəsinin gücləndirilməsi, tibbi və reabilitasiya xidmətlərinin genişləndirilməsi, mənzil təminatı və məşğulluq məsələlərinin həlli istiqamətində mühüm addımlar atıldığı vurğulanıb.
Görüşdə iştirak edən qazilər təklif və müraciətlərini səsləndirib, daim Ali Baş Komandanın əmrinə sadiq olduqlarını vurğulayıblar.
Sonda icra başçısı qazilərə göstərdikləri igidlik və Vətənə sədaqətlərinə görə təşəkkür edib.
Keçidlər