Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon gəncləri ilə səmimi görüş keçirilib

25 noyabr 2026 | 17:17
        Göygöl Rayon İcra Hakimiyyətinin başçısı rayon gəncləri ilə görüş keçirib. Səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə gənclərin düşüncə və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər müzakirə olunub.
        Görüş zamanı gənclərin təhsil, məşğulluq, sahibkarlıq, idman, mədəniyyət və könüllülük fəaliyyəti sahələrində imkanlarının genişləndirilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı və innovativ təşəbbüslərinin dəstəklənməsi məsələlərinə toxunulub.
        Rayon rəhbəri gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu, ölkəmizin gələcək inkişafında onların üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edərək ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı, intellektual potensialının artırılması, vətənpərvərlik ruhunda formalaşması və ictimai həyatda fəal iştirakının təmin edilməsi üçün geniş imkanlar yaratdığını bildirib.
        Gənclər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, qarşıya qoyduqları məqsədlərə çatmaq üçün öz üzərlərində daim çalışacaqlarını, bilik və bacarıqlarını inkişaf etdirəcəklərini qeyd ediblər.
        Görüşün sonunda xatirə fotosu çəkdirilib.
Keçidlər