Ramazan ayı münasibətilə aztəminatlı ailələrə yardım göstərilib
16 mart 2026 | 17:46
Mübarək Ramazan ayı münasibəti ilə Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulluğu və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Koordinatorluğu tərəfindən Göygöl rayonundan olan 500 aztəminatlı ailəyə bayram sovqatı təqdim olunub. Görüşdə Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorunun müavini Kürşat Özdemir, Göygöl RİH-nin məsul əməkdaşları, aztəminatlı ailələr iştirak ediblər.












