Qızılqaya qəsəbəsində səyyar qəbul keçirilib
21 oktyabr 2026 | 17:08
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Qızılqaya qəsəbəsində səyyar qəbul keçirib.
Səyyar qəbulda rayon prokuroru, RPŞ-nin rəisi, İH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və müxtəlif xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı sakinlərin müxtəlif mövzular üzrə müraciətləri diqqətlə dinlənilib. Qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bəzi məsələlər isə icrası üçün nəzarətə götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.












