Qızılca kənd sakinləri ilə səyyar görüş keçirilib
Rayon İcra Hakimiyyətinin başçısı təsdiq edilmiş səyyar qəbul qrafikinə uyğun olaraq Qızılca kəndində vətəndaşlarla görüş keçirib. Qəbulda Rayon Polis Şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonda fəaliyyət göstərən xidmət sahələrinin nümayəndələri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Görüş zamanı kənd sakinləri tərəfindən səsləndirilən müraciət və təkliflər dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Sakinlər müraciətlərinə göstərilən diqqət və operativ yanaşmaya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.












