Şriftin ölçüsü :

Saytın rəngi :

Qızılca və Yeni Qızılca kənd sakinləri ilə görüş

29 oktyabr 2026 | 18:36
       Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Qızılca və Yeni Qızılca kəndlərində sakinlərlə görüş keçirib.
       Görüş zamanı yerində həlli mümkün olan məsələlər öz həllini tapıb, içməli suya olan tələbatın yaxşılaşdırılması, kənddaxili yolların təmiri, Qızılca kəndində elektrik xətlərinin SİP kabellərlə əvəzlənməsi, Yeni Qızılca kəndində qəbiristanlığa gedən yolun təmir edilməsi və digər səsləndirilən məsələlər nəzarətə götürülərək aidiyyəti xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr bildirilib.
       Sakinlər görüşlərin keçirilməsinə, həmçinin göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər