Qərbi Azərbaycan İcmasının üzvləri ilə növbəti görüş
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının Göygöl rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə icma üzvləri ilə növbəti görüş baş tutub. Tədbirdə çıxış edən natiqlər Qərbi Azərbaycan məsələsinin Möhtərəm Prezident cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edərək Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsi, onların tarixi yurdlarına dinc və təhlükəsiz şəkildə qayıdışına nail olunması istiqamətində mühüm addımlar atıldığını vurğulayıblar. Həmçinin QAİ-nin rayon nümayəndəliyinin gördüyü işlərdən, qarşıda duran vəzifələrdən ətraflı bəhs olunub. Bu işdə birgə fəaliyyətin vacibliyi qeyd edilib.
Tədbirdə qarşılıqlı fikir mübadiləsi aparılıb, bu cür görüşlərin mütəmadi keçirilməsinin zəruriliyi bildirilib.
Sonda İcmanın yeni üzvlərinə üzvlük vəsiqələri və döş nişanları təqdim edilib.












