Şriftin ölçüsü :

Saytın rəngi :

Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüş keçirilib

24 sentyabr 2026 | 17:08
       Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşüb.
       Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
       Görüşdə QAİ-nin sədri Əziz Ələkbərlinin Sərəncamı ilə İcmanın rayon üzrə yeni nümayəndəsi təyin olunmuş Vüqar Sərdarov icma üzvlərinə təqdim olunub.
       Bildirilib ki, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qərbi azərbaycanlıların doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Qərbi Azərbaycan məsələsinin beynəlxalq ictimaiyyətə çatdırılması və sülh gündəliyi çərçivəsində təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
       Görüşdə İcmanın üzvlərinin sayının artırılması, rayon sakinləri arasında Qərbi Azərbaycanın tarixi, mədəni irsi və soydaşlarımızın doğma yurdlarına qayıdış hüququ ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi və digər məsələlər diqqətə çatdırılıb.
       Qeyd olunub ki, QAİ-nin rayon üzrə fəaliyyətinin əlaqələndirilməsi, üzvlərlə mütəmadi əlaqələrin təmin edilməsi və icmanın fəaliyyətində ictimai iştirakçılığın daha da genişləndirilməsi, üzvlərlə işin təşkili, müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi qarşıda duran vəzifələrdəndir.
       V.Sərdarov çıxışında ona göstərilən etimadın yüksək məsuliyyət olduğunu vurğulayaraq, qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi, qarşıda duran məqsədlərə nail olunması istiqamətində bütün imkanlarını səfərbər edəcəyini qeyd edib.
Keçidlər