“Qarayara” xəstəliyinə qarşı profilaktik tədbirlər müzakirə olunub
Heyvanlar arasında qeydə alınan “Qarayara” xəstəliyi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə xəstəliyin yayılmasının qarşısının alınması, profilaktik tədbirlərin gücləndirilməsi, baytarlıq nəzarətinin təşkili və əhali arasında maarifləndirmə işlərinin aparılması məsələləri müzakirə edilib.
Aidiyyəti qurumların nümayəndələrinə xəstəliyin qarşısının alınması istiqamətində zəruri tədbirlərin vaxtında və əlaqəli şəkildə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Vətəndaşlara heyvanların sağlamlığı ilə bağlı hər hansı şübhəli hal müşahidə etdikdə dərhal baytarlıq xidmətlərinə məlumat vermələri və mütəxəssislərin tövsiyələrinə ciddi riayət etmələri tövsiyə olunub.












