Qanunsuz tikintilərlə bağlı komissiyanın iclası keçirilib
01 mart 2026 | 15:13
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl rayonunda qanunsuz tikinti işlərinin qarşısının alınması məqsədilə fəaliyyət göstərən Komissiyanın növbəti iclası keçirilib.
İclasda qanunsuz tikinti işləri şəhərsalma normalarının pozulmasına, təhlükəsizlik risklərinin yaranmasına və ümumi abadlıq işlərinə mənfi təsir göstərdiyi, bu kimi halların qarşısının alınması istiqamətində nəzarət tədbirləri ilə yanaşı, aidiyyəti qurumlar arasında koordinasiyalı fəaliyyətin təşkili və vətəndaşların maarifləndirilməsi mühüm əhəmiyyət daşıdığı bildirilib.
Həmçinin aşkar edilmiş qanunsuz tikililərlə bağlı qanunvericiliyə uyğun dərhal müvafiq tədbirlərin görülməsi diqqətə çatdırılıb.












