Şriftin ölçüsü :

Saytın rəngi :

Qanunsuz tikintilərin qarşısı alınıb

04 may 2026 | 17:19
        Göygöl rayonunun Üçtəpə kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunsuz tikililər sökülüb.
        Qeyd edək ki, monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında rayonda tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılmış komissiyanın üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılıb.
        Aparılan monitorinqlərin bundan sonra da mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər