QAİ-sı Göygöl nümayəndəliyinin iclası keçirilib
22 oktyabr 2026 | 16:52
Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının Göygöl rayon nümayəndəliyinin təşkilatçılığı ilə icma üzvləri ilə görüş keçirilib.
İclasda nümayəndəliyin yeni rəhbərliyinin təqdimatı, təşkilati strukturun formalaşdırılması, Rəyasət heyətinin və Gənclər birliyinin yaradılması, kənd icmaları ilə əlaqələrin koordinasiyası, eləcə də 2026-cı ilin IV rübü üzrə fəaliyyət istiqamətləri müzakirə olunub.
İcmanın rayon üzrə nümayəndəsi Vüqar Sərdarov qarşıda duran vəzifələr və İcma rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş tapşırıqlar barədə məlumat verib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə yekunlaşıb.












