Parklara baxış keçirilib
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı şəhər ərazisində yerləşən parklara baxış keçirib, mövcud vəziyyətlə və ərazilərdəki problemlərlə maraqlanıb.
Baxış zamanı parkların abadlıq və təmizlik vəziyyəti, yaşıllıqların qorunması, mövcud infrastrukturun saxlanılması ilə bağlı məsələlər diqqətə çatdırılıb. Aşkar olunmuş nöqsanların aradan qaldırılması, parkların abadlaşdırılması və əhalinin istirahəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Qeyd olunub ki, Göygölün qədim tarixi və özünəməxsus memarlıq irsi ilə yanaşı, şəhərin təmizliyinin, yaşıllıqlarının və istirahət məkanlarının abadlaşdırılması, yerli sakinlər və turistlər üçün rahat mühitin yaradılması daim diqqət mərkəzində saxlanılmalıdır.












