Parka baxış keçirilib
16 mart 2026 | 12:46
Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti struktur bölmələrinin və mütəxəssislərin iştirakı ilə Göygöl şəhər mərkəzində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında baxış keçirib. Baxış zamanı park ərazisində mövcud yaşıllıqların vəziyyəti, ağac və dekorativ bitkilərə göstərilən aqrotexniki qulluq, həmçinin abadlıq və təmizlik işlərinin icra vəziyyəti ilə yerində tanış olunub.
Ərazi üzrə aparılan müşahidələr əsasında yaşıllıqların qorunması və inkişaf etdirilməsi, mövsümə uyğun aqrotexniki qulluq tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, parkın estetik görünüşünün daha da yaxşılaşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilib.












