Şriftin ölçüsü :

Saytın rəngi :

Nümayəndə və bələdiyyələrlə növbəti görüş keçirilib

23 aprel 2026 | 12:35
        RİH-nin başçısı Vüqar Novruzovun inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələrlə növbəti görüşü baş tutub. Görüş zamanı ərazilərdə aparılan işlərin cari vəziyyəti, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər geniş müzakirə olunub.
        Rayon rəhbəri çıxışında vətəndaş müraciətlərinə həssas yanaşmanın vacibliyini vurğulayaraq müraciətlərinin qanunamüvafiq cavablandırılması, qanunsuz tikintilərlə bağlı mövcud vəziyyət və görülən tədbirlər, təsərrüfatbaşına uçot işinin aparılması, bələdiyyələr tərəfindən görülmüş işlər, ərazidə sanitar təmizlik işlərinin aparılması və digər məsələlərlə bağlı tapşırıqlar verilib.
Keçidlər