Növbəti vətəndaş qəbulu keçirilib
14 sentyabr 2026 | 17:51
Göygöl Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı sakinlərin müxtəlif sahələri əhatə edən müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. Müraciətlər müəyyən olunmuş qaydada qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.
Qəbulda iştirak edən vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirmişlər.












