Növbəti Ağacəkmə aksiyası keçirilib
21 oktyabr 2026 | 11:41
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq rayonda növbəti ağacəkmə aksiyası keçirilmiş və əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Həyata keçirilən tədbirlər ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına, şəhərin yaşıllıq sahələrinin genişləndirilməsinə və sakinlər üçün daha sağlam, əlverişli yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.












