Nadil kəndində səyyar qəbul keçirilib
19 noyabr 2026 | 17:15
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Nadil kəndində sakinlərlə səyyar qəbul keçirib.
Qəbulda RPŞ-nin rəisi, RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və aidiyyəti xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.












