Şriftin ölçüsü :

Saytın rəngi :

Musiqi məktəbi ilə tanışlıq

06 may 2026 | 12:29
        Rayon İcra Hakimiyyətinin başçısı Göygöl rayon Aşıq Şəmşir adına uşaq musiqi məktəbində olub. Məktəbin direktoru Nuranə Quliyeva məktəbin ümumi vəziyyəti, tədris olunan ixtisaslar,  müəllim heyəti və şagirdlərin uğurları haqqında məlumat verib.
        Rayon rəhbəri musiqi təhsilinin gənc nəslin inkişafında mühüm rol oynadığını vurğulayaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə mədəniyyətin qorunması, musiqi təhsilinin inkişafı, uşaq və gənclərin yaradıcılıq imkanlarının genişləndirilməsi, həmçinin milli-mənəvi dəyərlərin təbliği sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini qeyd edib, istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsi üçün müəllim heyətinin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
        Sonda müəllim və şagirdlərin ifaları dinlənilib.
Keçidlər