Mollacəlilli kəndində səyyar görüş keçirilib
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Mollacəlilli kəndində sakinlərlə səyyar qəbul keçirib. Görüşdən əvvəl kənddə yerləşən şəhidlərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi anılıb.
Səyyar qəbulda RPŞ-nin rəisi, YAP rayon təşkilatının sədri, RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib, onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimizə minnətdarlıqlarını ifadə ediblər.












