Şriftin ölçüsü :

Saytın rəngi :

Milli qurtuluşa gedən yolun başlanğıcı

03 oktyabr 2026 | 11:32
       1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
       Göygöl Rayon İcra Hakimiyyətinin və Rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ömrünü Azərbaycan gələcək inkişafına həsr edən dövlət xadimi Ulu Öndər Heydər Əliyevin 3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi gününə həsr olunmuş  tədbir keçirilib. Tədbirdə RİH-nin məsul əməkdaşları, təhsil işçiləri, müəllimlər, məktəblilər, Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak ediblər.
       Əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlara baxış keçirilib, ekskursiya zalında Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş stendlərlə tanış olublar. Ekskursiya zamanı iştirakçılara Ulu Öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti, dövlətçilik prinsipləri və Azərbaycan tarixində oynadığı mühüm rol barədə ətraflı məlumat verilib.
       Çıxışlarda 3 oktyabr 1993-cü il tarixinin Azərbaycan dövlətçiliyi tarixində mühüm hadisələrdən biri olduğu qeyd olunaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin ictimai-siyasi həyatında baş verən mühüm proseslərdən bəhs edilib. Həmçinin bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik və inkişaf strategiyası bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı xidmətləri xalqımızın yaddaşında əbədi yaşayır.
       Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx təqdim  edilib.
Keçidlər