Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı təşkil olunub

24 sentyabr 2026 | 10:59
        Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib.
        Tədbirdə RİH başçısının birinci müavini Namiq Cəfərov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rayon nümayəndəsi Vüsal Rzayev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Xəlil İbrahimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
        Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
        Çıxışlarda Milli Musiqi Gününün xalqımızın mədəni həyatındakı əhəmiyyəti vurğulanaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətimizin inkişafındakı mühüm xidmətləri barədə məlumat verilib. Daha sonra tədbir rəngarəng konsert proqramı ilə davam etdirilərək müxtəlif musiqi əsərləri təqdim olunub.
        Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
Keçidlər