Şriftin ölçüsü :

Saytın rəngi :

Mətbuat işçilərinin peşə bayramı qeyd olunub

21 iyul 2026 | 16:32
        Milli Mətbuatın yaranmasının 151 illiyi və Mətbuat işçilərinin peşə bayramı münasibətilə Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilib.
        Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, İH-nin məsul əməkdaşları və  bir qrup aparıcı media nümayəndələri iştirak edib.
        Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
        RİHB-sı tədbir iştirakçılarını təbrik edib, ölkəmizdə mətbuatın keçdiyi şərəfli inkişaf yolundan söz açaraq bu gün mətbuatın təkcə informasiya vasitəsi deyil, həm də ictimai nəzarətin və vətəndaş cəmiyyətinin mühüm dayağı kimi çıxış etdiyini qeyd edib.
        Natiqlər Azərbaycan mətbuatının formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolunu xüsusi vurğulayaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın informasiya sahəsində müasir çağrışlara cavab verən, peşəkar, etik dəyərlərə sadiq medianın formalaşmasına dəstək göstərdiklərini bildiriblər.
        Sonda media nümayəndələrinə Təşəkkürnamə və hədiyyələr təqdim edilib
Keçidlər