Məşğulluq xidmətinə yeni təyinat
06 iyul 2026 | 17:28
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə Eşqin Məhərrəmov Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Göygöl rayon xidmət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov və yeni təyin olunmuş şöbə müdirini qəbul edib.
Rayon rəhbəri xidmət şöbəsinin müdirini yeni vəzifəyə təyinatı ilə bağlı təbrik edərək gələcək fəaliyyətində uğurlar arzulayıb, rayon əhalisinin məşğulluğunun təmin edilməsi, vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi, işaxtaran və işəgötürənlərlə səmərəli əməkdaşlığın qurulmasının vacibliyini vurğulayaraq müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.












