Məmmədov Səbuhi Tahir oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib
21 iyun 2025 | 18:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyun 2025-ci il tarixli müvafiq Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Hacıməlik qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Məmmədov Səbuhi Tahir oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Səbuhi Məmmədov 1974-cü ildə Göygöl rayonu, Hacıməlik qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1992-ci ildən 1996-cı ilin noyabr ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. Birinci Qarabağ Müharibəsi iştirakçısı və müharibə veteranıdır.
1997-2002-ci illərdə Gəncə Dövlət Universitetində təhsil almışdır. 2000-2004-cü illərdə Hacıməlik qəsəbə 1 nömrəli tam orta məktəbdə müəllim, 2004-cü ilin may ayından 2015-ci ilin iyul ayınadək Göygöl Rayon İcra Hakimiyyəti başçısının Hacıməlik qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmiş, 17 iyul 2015-ci il tarixdən bu günədək Göygöl Rayon İcra Hakimiyyəti başçısının Hacıməlik qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.












