Maarifləndirmə təlimi keçirilib
19 oktyabr 2026 | 17:22
Göygöl rayon Heydər Əliyev Mərkəzində “Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə və yeni alətlərin yaradılması” layihəsi çərçivəsində təlim keçirilib.
Rayon gənclərinin iştirakı ilə keçirilən təlimdə iştirakçılara layihənin məqsəd və vəzifələri barədə məlumat verilib, mədəniyyətlərarası dialoqun əhəmiyyəti və bu istiqamətdə maarifləndirmə işlərinin rolu diqqətə çatdırılıb, mövzu ətrafında müzakirə aparılıb, iştirakçıların sualları yoqa təlimçisi Kənan Məmmədov tərəfindən cavablandırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı “The Art of Living Azərbaycan” təşkilatının rəhbəri, beynəlxalq yoqa təlimçisini qəbul edib, beynəlxalq təlimlərin gələcəkdə Göygöldə keçirilməsi, həmçinin fiziki hazırlıq və yoqa ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın (GUIDE) təşkilatçılığı ilə həyata keçirilib.












