Şriftin ölçüsü :

Saytın rəngi :

Maarifləndirici görüş təşkil olunub

21 dekabr 2025 | 12:00
“Konstitusiya və Suverenlik ili” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Konstitusiya prinsipləri və korrupsiya ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədi ilə təşkil olunmuşdur.  
Çıxış edən RİH-nin və  Prokurorluğun məsul əməkdaşları  ölkəmizdə korrupsiyaya qarşı mübarizə siyasətinin əsas istiqamətlərindən, Konstitusiya prinsiplərinin tətbiqinin vacibliyindən, vətəndaşların hüquqi maarifləndirilməsinin əhəmiyyəti və korrupsiya risklərinin azaldılması istiqamətində görülən işlərdən bəhs ediblər.
Mövzuya dair maarifləndirici videoçarx nümayiş olunub.
Keçidlər