Şriftin ölçüsü :

Saytın rəngi :

Maarifləndirici görüş keçirilib

15 fevral 2026 | 10:06

          Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cəmiyyətimiz üçün aktual olan erkən nikah və qohumlar arasında nikahın yaratdığı sosial, psixoloji və sağlamlıq risklərin qarşısının alınması məqsədilə Nadil kənd tam orta ümumtəhsil məktəbində “Erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə RİH başçısının müavini Kəmalə İbrahimova, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın  məsul əməkdaşları,  UADM direktoru, kənd İN-si və bələdiyyə sədrinin müavini, kənd tibb məntəqəsinin müdiri, məktəb kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.

          İştirakçılara qanunvericilik, fərdi inkişaf və sağlam ailə modelinin əhəmiyyəti barədə məlumat verilib, mövzu ətrafında faydalı müzakirələr aparılıb. Belə maarifləndirici təşəbbüslər cəmiyyətin daha sağlam və məlumatlı gələcəyi üçün mühüm rol oynayır.

          Mövzu ilə bağlı  videoçarx təqdim olunub.

Keçidlər