Maarifləndirici görüş keçirilib
07 avqust 2026 | 12:14
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Evində “Gənclərin asudə vaxtının səmərəli təşkili” mövzusunda maarifləndirici görüş keçirilib.
Əvvəlcə Göygöl rayonu üzrə Uşaq Səfirlər Məclisinin üzvləri mövzu ilə bağlı slayd təqdimatı ilə çıxış edərək asudə vaxtın səmərəli təşkilinin gənclərin inkişafındakı əhəmiyyətindən danışıblar.
Çıxış edən natiqlər rəqəmsal balansın qorunması, mütaliə, idman, könüllülük fəaliyyəti, yaradıcılıq, xarici dil öyrənilməsi və şəxsi inkişafı dəstəkləyən digər faydalı məşğuliyyətlər barədə məlumat veriblər.
İnteraktiv müzakirələr zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Sonda asudə vaxtın düzgün təşkilinin sağlam və məhsuldar həyat tərzinin formalaşmasında mühüm rol oynadığı vurğulanıb, mövzuya həsr olunmuş maarifləndirici videoçarx nümayiş etdirilib.












