“Könüllülər Yurdu – Azərbaycan” Göygöldə
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Könüllülər Yurdu – Azərbaycan” layihəsinin növbəti mərhələsi Göygöl rayonunda təşkil olunub.
Layihə çərçivəsində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əfsanə İsayeva, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə çıxış edərək gənclərin hüquqi biliklərinin artırılmasına, onların şəxsi potensialının inkişafına yönəlmiş bu kimi təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə “Karyera perspektivləri” mövzusunda təşkil olunmuş təlimdə əmək bazarında uğur qazanmaq üçün tələb olunan bacarıqlar, düzgün karyera seçiminin əhəmiyyəti və şəxsi potensialın inkişaf etdirilməsi yolları barədə məlumat verilərək fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonda iştirakçılar arasında “Nə? Harada? Nə zaman? formatında intellektual yarış təşkil olunub və gənclər əldə etdikləri bilikləri komanda şəraitində sınamaq imkanı qazanıblar. Qalib komandalara kubok və diplomlar təqdim olunub.












