Şriftin ölçüsü :

Saytın rəngi :

Kənddaxili yolların təmiri işləri aparılır

16 oktyabr 2026 | 17:02
       Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Gəncə kəndində keçirdiyi səyyar qəbul zamanı sakinlər tərəfindən kənddaxili yolların təmiri ilə bağlı qaldırılan məsələ öz həllini tapır.
       Sakinlərin müraciəti nəzərə alınaraq kənddaxili yolların təmiri istiqamətində bələdiyyə tərəfindən müvafiq işlər görülür. Həyata keçirilən tədbirlər yol infrastrukturunun yaxşılaşdırılmasına, kənd sakinlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edir.
       Vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Keçidlər