Kardiorevmatoloji sanatoriya ilə tanışlıq
Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl şəhərində yerləşən Kardiorevmatoloji sanatoriyada yaradılan şəraitlə tanış olub, müalicə və istirahət otaqlarına, diaqnostika və prosedur bölmələrinə baxış keçirib, xidmətlərin təşkili ilə maraqlanıb. Tanışlıq zamanı Sanatoriyanın baş həkimi Kamil Hüseynov müəssisənin fəaliyyəti, tibbi-reabilitasiya xidmətləri, müalicə profilləri, maddi-texniki bazası və göstərilən xidmətlərin keyfiyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, sanatoriyada müasir tibbi avadanlıqlardan istifadə olunur və pasiyentlərin rahatlığı üçün bütün zəruri şərait yaradılıb.
Səfər çərçivəsində RİHB-sı Sanatoriyada müalicə alan bir qrup şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşüb, çay süfrəsi arxasında səmimi şəraitdə qarşılıqlı fikir mübadiləsi aparılıb, müalicə prosesi və qayğıları ilə maraqlanılıb.
Görüşdə Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə və müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışılıb, bu dəstəyə görə minnətdarlıq ifadə olunub, dövlətimiz tərəfindən sosial müdafiə tədbirlərinin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Sonda kollektiv şəkil çəkdirilib.












