Şriftin ölçüsü :

Saytın rəngi :

İşəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə olunub

18 avqust 2026 | 16:43
        Göygöl Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən dövlət və özəl müəssisələrin iştirakı ilə dəyirmi masa keçirilib.
        Görüşdə işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən məşğulluq tədbirləri və işəgötürənlər üçün təqdim olunan imkanlar barədə ətraflı məlumat verilib. Həmçinin rayon əhalisinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlər, mövcud imkanlar və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İşəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi, müəssisələrin kadr ehtiyaclarının qarşılanması və işaxtaran şəxslərin uyğun vakansiyalarla təmin olunması istiqamətində birgə fəaliyyət imkanları müzakirə edilib, Agentliyin fəaliyyətini və həyata keçirdiyi tədbirləri əks etdirən təqdimat nümayiş olunub.
Keçidlər