İntellektual bilik yarışı təşkil olunub
20 may 2026 | 12:47
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Uşaq Səfirlər Məclisinin rayon nümayəndələrinin təqdimatında “Zəkaların mübarizəsi” adlı bilik yarışı keçirilib.
Göygöl Gənclər Evində təşkil olunan yarışda rayon məktəbliləri iştirak ediblər. Şagirdlər tarix, coğrafiya, mədəniyyət, memarlıq və digər sahələr üzrə biliklərini sınayıblar.
Maraqlı və rəqabətli atmosferdə keçən tədbirin əsas məqsədi iştirakçıların intellektual inkişafına dəstək göstərmək, onların milli-mədəni irsə marağını artırmaq, həmçinin komanda ruhunu gücləndirmək olub. Məktəblilər yüksək fəallıq nümayiş etdirərək bilik və bacarıqlarını ortaya qoyublar.
Sonda fərqlənən komandalar və iştirakçılar təltif olunub, layihənin şagirdlərin maariflənməsində mühüm rol oynadığı qeyd edilib.












