Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici görüş

15 iyun 2026 | 15:07
        Göygöl Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
        Tədbirdə dövlət qurumlarının nümayəndələri, bələdiyyə üzvləri, təhsil və mədəniyyət işçiləri iştirak ediblər. Görüş insan hüquq və azadlıqlarının təbliği, vətəndaşların hüquqi məlumatlılığının artırılması və insan hüquqlarının müdafiəsi sahəsində mövcud məsələlərə diqqətin cəlb edilməsi məqsədilə təşkil olunub.
        Çıxış edən Səbuhi Abbasov Ombudsman təsisatının fəaliyyəti, müraciətlərə baxılması qaydaları və insan hüquqlarının müdafiəsi mexanizmləri barədə məlumat verib. Tədbir iştirakçıların suallarının cavablandırılması və mövzuya dair videoçarxın nümayişi ilə yekunlaşıb.
Keçidlər