“İnsan alveri və məişət zorakılığına qarşı mübarizədə yeni yanaşmalar”
09 iyun 2026 | 16:54
Göygöl Rayon İcra Hakimiyyəti və “Təmas” Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə şəhər 5 nömrəli tam orta məktəbində “İnsan alveri və məişət zorakılığına qarşı mübarizədə yeni yanaşmalar” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə insan alveri və məişət zorakılığının qarşısının alınması, qadın və uşaqların müdafiəsi, eləcə də müasir dövrün əsas çağırışlarından olan kibertəhdidlər və kibertəhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib.
Tədbirdə məktəb kollektivi, valideynlər və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.












