III Moruq Festivalının hazırlıq işləri ilə tanışlıq
03 sentyabr 2026 | 16:02
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və aidiyyəti məsul şəxslərlə birlikdə Göygöl rayonunun Keşkü kəndində keçiriləcək III Moruq Festivalının ərazisinə baxış keçirilib.
Baxış zamanı festival ərazisində aparılan hazırlıq işləri, abadlıq və təmizlik tədbirləri, zəruri infrastrukturun və müvafiq zonaların təşkili, ərazinin işıqlandırılması, təhlükəsizliyin və asayişin təmin olunması, eləcə də digər təşkilati məsələlər müzakirə edilib.
Xatırladaq ki, Festival 05-06 sentyabr 2026-cı il tarixlərində keçiriləcək.












